Hacıqabulda qanlı gecə - Eyni gündə üç nəfər öldü


Digərləri 29 Yan 2020 13:32:00 142 0

Hacıqabulda qanlı gecə - Eyni gündə üç nəfər öldü

Hər üç hadisə üzrə Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bakı. Hacıqabul rayonunda ölümlə nəticələnən ard-arda üç yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata əsasən, yanvarın 28-də saat 2 radələrində Hacıqabul rayonunun Rəncbər kəndi ərazisində Bakı şəhər sakini X.Şahmuradov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Quba rayon sakini Vahid Yusifovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər YNH-si saat 2 radələrində Hacıqabul rayonunun Muğan kəndi ərazisində baş verib. Belə ki, müəyyən edilməmiş avtomobil yolu keçən Ağdam rayon sakini Adil Kərimov vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş Dövlət Yol Polisi İdarəsi, Baş İstintaq və Təhqiqat İdarəsi və Hacıqabul RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “MAN” markalı avtomobilin sürücüsü, Qobustan rayon sakini O.Güləliyev saxlanılıb.