Kür çayına düşən şəxsin axtarışlarına başlanıb


Digərləri 29 Yan 2020 13:37:00 107 0

Kür çayına düşən şəxsin axtarışlarına başlanıb

Fövqəladə Hallar Nazirliyi məlumat yaydı

Bakı. Sabirabad sakini Kür çayına düşüb. Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə Sabirabad rayonunun Poladtuğay kəndində, Kür çayına 1963-ci il təvəllüdlü Aslanov Cəmaləddin Zöhrab oğlunun axtarışlarının aparılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.