İran-Azərbaycan birgə sənaye parkı yaradılır


Digərləri 29 Yan 2020 13:24:02 135 0

İran-Azərbaycan birgə sənaye parkı yaradılır

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində İran-Azərbaycan birgə sənaye parkının inşası üzrə müqavilə imzalanıb

Bakı. Elnur Bağışov - İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində İran-Azərbaycan birgə sənaye parkının inşası üzrə müqavilə imzalanıb. Trend valiliyin informasiya portalına istinadən bildirir ki, bunu İranın Ərdəbil vilayətinin valisi Əkbər Behnamcu deyib. Onun sözlərinə görə, İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatı və Ərdəbil valiliyi arasında imzalanan müqaviləyə əsasən hər iki tərəf birgə parkın inşası xərclərini qarşılayacaq. Behnamcu əlavə edib ki, bu parkın inşa edilməsi ilə Ərdəbil vilayətində yerli və xarici investorların iştirakına şərait yaranacaq. Ərdəbil valisi inşa ediləcək parkın ərazisinin 95 hektara müvafiq olacağını vurğulayıb.