"Aşıq musiqisi axşamları" layihəsi davam edir


Kriminal 29 Yan 2020 12:28:00 173 0

"Aşıq musiqisi axşamları" layihəsi davam edir

Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsi davam edir.

Əziz aşıq musiqisi həvəskarları layihənin növbəti konserti 5 fevral saat 19:00-da təqdim olunacaq. Son.az xəbər verir ki, həmin gün ustad aşıq Cahangir Sənanoğlu "Aslan şahla İbrahimin dastanı"nı söyləyəcək.

Layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

Aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.