Ermənistandan Tehrana gedən avtobus qəzaya uğrayıb


Digərləri 29 Yan 2020 12:24:19 119 0

Ermənistandan Tehrana gedən avtobus qəzaya uğrayıb

Hadisə nəticəsində 14 nəfər yaralanıb

Bakı. Elnur Bağışov - İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində Ermənistandan Tehrana gedən avtobus qəzaya uğrayıb. Bu barədə Trend IRNA-ya istinadən məlumat verib. Məlumata görə, səhər saat 6:30-da Təbriz-Zəncan magistral yolunda Miyana rayonu ərazisində avtobus yük maşını ilə toqquşub. Hadisə nəticəsində 14 nəfər yaralanıb, yaralılardan bəzisinin vəziyyəti ağırdır.