İİTKM: Çindən idxal olunan ərzaq məhsullarını yerli istehsalla əvəz etmək olar


İqtisadiyyat 29 Yan 2020 11:45:43 278 0

İİTKM: Çindən idxal olunan ərzaq məhsullarını yerli istehsalla əvəz etmək olar

İİTKM: Çindən idxal olunan ərzaq məhsullarını yerli istehsalla əvəz etmək olar

"Azərbaycan koronavirus təhlükəsinin yaşandığı Çindən ərzaq məhsulları baxımından elə də asılı deyil. Son illər ölkəmizin ərzaq təminatındaciddi irəliləyişlər əldə edilib. Biz özümüzü demək olar ki, bütün ərzaq məhsulları ilə təmin edə bilirik".

"Report" xəbər verir ki, bunuİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçi direktorun müavini Ramil Hüseynli bildirib.

"Çin Azərbaycanın qeyri-neft ixracı üzrə siyahıda 7-ci yerdə qərarlaşıb. Azərbaycanın Çinə ümumi ixracının 5%-i qeyri neft sektoruna aiddir. Çinə əsasən neft və kimya sənayesi məhsulları ixrac edirik. Ötən il Çinə 752 milyon ABŞ dolları məbləğində ixrac həyata keçirmişik. Çindən isə il ərzində 3minə yaxın məhsul idxal edirik. Bunlar əsasən şabalıd, limon şirəsi fıstıq və digər məhsullardır. Hesab edirəm bu məhsulları yerli məhsullarla əvəz etmək mümkündür".