Şağan Müalicə Pansionatında əsaslı təmir və yenidənqurma işlərinin bitəcəyi tarixi məlum oldu


Digərləri 29 Yan 2020 12:12:08 151 0

Şağan Müalicə Pansionatında əsaslı təmir və yenidənqurma işlərinin bitəcəyi tarixi məlum oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şağan qəsəbəsindəki Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatı 250 çarpayılıqdır.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şağan qəsəbəsindəki Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatı 250 çarpayılıqdır. Müəssisədə il ərzində 4 mindən çox əlilliyi olan şəxs stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin olunacaq. Nazirlikdən Trend-ə verilən məlumatda bildirilir ki, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması işləri çərçivəsində Pansionatda əsaslı təmir və yenidənqurma işlərinə başlanıb. Hazırda burada məişət, həm də kompleks tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün şəraitin yüksək standartlar səviyyəsində qurulması, müəssisədə mövcud şəraitin əlilliyin olan şəxslərə müyəssərliyinin tam təmin edilməsi üçün işlər davam edir. İşlərin bu il yekunlaşdırılması, eləcə də Pansionatın müasir avadanlıqlarla, tibbi-reabilitasiya əhəmiyyətli aparat və cihazlarla təminatı da nəzərdə tutulub.