Azərbaycan nefti bahalaşdı


Digərləri 29 Yan 2020 11:50:16 260 0

Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 28-də 63,95 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 28-də 63,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel çoxdur. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,19 dollar/barel çoxdur. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 56,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,51 dollar/barel çoxdur.