Kobinin ölümü məni dərin kədərləndirdi - Səfir


Digərləri 29 Yan 2020 11:52:00 265 0

Kobinin ölümü məni dərin kədərləndirdi - Səfir

Basketbol dünyası öz əfsanəsini itirdi

Bakı. Elçin Mehdiyev – Kobinin ölümü məni dərin kədərləndirdi. Kobi inanılmaz istedada malik idi, basketbol dünyası öz əfsanəsini itirdi. Trend-in məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger NBA (Amerikanın Milli Basketbol Assosasiyası) və ABF (Azərbaycan Basketbol Federasiyası) arasında imzalanmış saziş əsasında Jr.NBA Azərbaycan Liqasının yaradılmasına həsr olunmuş tədbirdə deyib. Səfir bildirib ki, bu gün burada Jr.NBA Azərbaycan Liqasının yaradılması basketbolun hələ də dünyada populyalıq qazanmasının bir göstəricisidir. O, basketbolun 2 milyard azarkeşi ilə dünyada ikinci ən məşhur idman növü olduğunu və dünyada milyonlarla insanın basketbol oynadığını vurğulayıb.