Bankın iflas prosedurunun başlanması qaydası


Digərləri 29 Yan 2020 11:52:24 175 0

Bankın iflas prosedurunun başlanması qaydası

Əgər bank öz kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmirsə, və ya yerinə yetirmirsə, onun barəsində iflas proseduruna başlamaq olarmı

Vətəndaşlar məndən tez-tez soruşurlar, əgər bank öz kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmirsə, və ya yerinə yetirmirsə, onun barəsində iflas proseduruna başlamaq olarmı?

Qanunvericilik bankın iflas poseduruna başlanması üçün bir neçə əsas nəzərdə tutur. Hal-hazırda gündəmdə olan hal bank vaxtı çatmış maliyyə öhdəliklərini kreditorların tələblərini ödəməyə qadir olmamasıdır.

Bankın ödəmə qabiliyyətinin itirilməsi onun müştərilərinin maliyyə vəziyyətinə təsir edən hadisədir. Bu halda qanunvericilik vətəndaşa bankın iflas prosedurunun başlanmasına dair ərizəni verməklə məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilməsini və banka ləğvedicinin təyin edilməsini imkan yaradır.

Məhkəmə Bank barəsində iflas proseduruna başlanılmasına dair ərizəyə bir və ya bir neçə hallarda baxır:

Onlardan biri ərizə kreditorların tələbini təsdiq edən sənədlərlə birlikdə Azərbaycan Respublikasının “Banklar haqqında” qanunun 62.2-ci maddəsinə uyğun olaraq kreditorlar tərəfindən verildikdə.

Qanunun 62.2-ci maddəsinə əsasən, bank öz öhdəliklərini yerinə yetirmədikdə, bir və ya bir neçə kreditor maliyyə bazarlarına nəzarət orqanına (Mərkəzi Bank) vəsatətlə müraciət edə bilər. Müraciət etdiyi halda maliyyə bazarlarına nəzarət orqanı (Mərkəzi Bank) vəsatətə onu aldığı gündən 5 təqvim günü müddətində baxır və əgər bankın öz öhdəliklərini yerinə yetirmədiyi faktını müəyyənləşdirirsə, bank lisenziyasının ləğvi və iflas proseduruna başlanılmasına dair məhkəməyə ərizə vermək haqqında qərar qəbul edir və həmin qərar 3 təqvim günü ərzində məhkəməyə verir.

Kreditorların ərizəsinin maliyyə bazarlarına nəzarət orqanı (Mərkəzi Bank) tərəfindən rədd edilməsi onlar tərəfindən məhkəməyə müvafiq ərizənin verilməsinə mane olmur.

Ərizə maliyyə bazarlarına nəzarət orqanı (Mərkəzi Bank) tərəfindən verildikdən sonra dərhal moratorium qüvvəyə minir. Bu, o deməkdir ki, məhkəmənin icazəsi olmadan heç bir kreditor borcunun hər hansı formada qaytarılmasını tələb edən tədbirlər görə bilməz, yaxud banka qarşı hər hansı tələbin yönəldilməsi ilə bağlı proseduru davam etdirə və ya başlaya bilməz.

Məhkəmə baxışı ərizənin verildiyi andan 48 saat ərzində başlanılmalı və 7 təqvim günü müddətində başa çatdırılmalıdır. Məhkəmə baxışının nəticələrinə əsasən məhkəmə ərizəni rədd edir və ya təmin edir.

Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır.

Gündəmdə olan digər hüquqi məsələlər ilə bağlı məqalələr üçün müvafiq keçiddən istifadə edə bilərsiz.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Ruslan Qazıyev

Azərbaycan nefti bahalaşdı like
  • 29 Yan 11:50  
Digərləri Azərbaycan nefti bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Yaxın günlərdə Yüksək Sıxlıqlı Polietilen zavodunda sonuncu sınaq işləri aparılacaq like
  • 29 Yan 11:49  
İqtisadiyyat Yaxın günlərdə Yüksək Sıxlıqlı Polietilen zavodunda sonuncu sınaq işləri aparılacaq

​SOCAR-ın Heydər Əliyev adına NEZ-in modernizasiyası işlərinin 63%-i ye

arrow Ətraflı
İİTKM: Çindən idxal olunan ərzaq məhsullarını yerli istehsalla əvəz etmək olar like
  • 29 Yan 11:45  
İqtisadiyyat İİTKM: Çindən idxal olunan ərzaq məhsullarını yerli istehsalla əvəz etmək olar

İİTKM: Çindən idxal olunan ərzaq məhsullarını yerli istehsalla əvəz et

arrow Ətraflı
İran yenidən silkələndi like
  • 29 Yan 11:44  
Dünya İran yenidən silkələndi

İranın qərbində yerləşən Kirmanşah vilayətinin Qəsre-Şirin rayonunun

arrow Ətraflı
Bu ay Azərbaycana gələn Çin vətəndaşlarının sayı açıqlanıb - STATİSTİKA like
  • 29 Yan 11:43  
Siyasət Bu ay Azərbaycana gələn Çin vətəndaşlarının sayı açıqlanıb - STATİSTİKA

Bu il yanvar ayının 1-dən Azərbaycana gələn, ölkədə 15 gündən artıq

arrow Ətraflı
Unibank hər kəs üçün krediti 0% komissiyalı etdi like
  • 29 Yan 11:39  
Digərləri Unibank hər kəs üçün krediti 0% komissiyalı etdi

Unibank dörd günlük komissiyasız kredit kampaniyası keçirir. İşindən, p

arrow Ətraflı
Qəbul və buraxılış imtahanlarında balların hesablanma qaydası açıqlanıb - CƏDVƏL like
  • 29 Yan 11:35  
Sosial Qəbul və buraxılış imtahanlarında balların hesablanma qaydası açıqlanıb - CƏDVƏL

I,II,III və IV ixtisas qrupları üzrə qəbul və buraxılış imtahanlarında

arrow Ətraflı
Azərbaycan İlahiyyat İnstitutunun tələbələri MEK-i ziyarət edib (FOTO) like
  • 29 Yan 11:34  
Digərləri Azərbaycan İlahiyyat İnstitutunun tələbələri MEK-i ziyarət edib (FOTO)

Tələbələrə MEK-in tarixi, fəaliyyəti və məqsədi barədə geniş məlum

arrow Ətraflı
“Özsüt”də müştərinin pizzasından kauçuk çıxıb like
  • 29 Yan 11:34  
Sosial “Özsüt”də müştərinin pizzasından kauçuk çıxıb

Müştəri “Özsüt” restoranlar şəbəkəsinin “Gənclik Mall”da yerl

arrow Ətraflı
Rusiya aviaşirkəti koronavirus səbəbiylə Avropaya uçuşları dayandırdı like
  • 29 Yan 11:28  
Dünya Rusiya aviaşirkəti koronavirus səbəbiylə Avropaya uçuşları dayandırdı

"Ural Hava Yolları" koronavirus səbəbiylə bir sıra Avropa ölkəl

arrow Ətraflı
Xarici vətəndaşlar ötən il Azərbaycanda bank kartları ilə 1,3 milyard manata yaxın pul xərcləyib like
  • 29 Yan 11:24  
Digərləri Xarici vətəndaşlar ötən il Azərbaycanda bank kartları ilə 1,3 milyard manata yaxın pul xərcləyib

Xarici vətəndaşlar ötən il Azərbaycanda bank kartları ilə 1,3 milyard ma

arrow Ətraflı
"Azərkosmos" ötən il 43 milyon dollarlıq xidmət ixrac edib like
  • 29 Yan 11:22  
İqtisadiyyat "Azərkosmos" ötən il 43 milyon dollarlıq xidmət ixrac edib

​"Azərkosmos" ötən il 43 milyon dollarlıq xidmət ixrac edib

arrow Ətraflı