İran yenidən silkələndi


Dünya 29 Yan 2020 11:44:00 261 0

İran yenidən silkələndi

İranın qərbində yerləşən Kirmanşah vilayətinin Qəsre-Şirin rayonunun Sumar sərhəd bölgəsində 4 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 08:32-də 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Son günlər İranın qərb və cənub bölgələrində ardıcıl güclü zəlzələlər qeydə alınıb. Bu zəlzələlərdə indiyədək tələfatın olmadığı bildirilib.