Unibank hər kəs üçün krediti 0% komissiyalı etdi


Digərləri 29 Yan 2020 11:39:00 237 0

Unibank hər kəs üçün krediti 0% komissiyalı etdi

Unibank dörd günlük komissiyasız kredit kampaniyası keçirir. İşindən, peşəsindən asılı olmayaraq rəsmi gəliri 100 manat və daha çox olan hər kəs "Unibank"a  0% komissiyalı nağd kredit üçün müraciət edə bilər. Kampaniya yanvarın 29-dan fevralın 1-dək davam edəcək.

Kampaniya müddətində "Unibank"dan kredit götürmək Sizə xüsusi üstünlüklər verir: - 20 000 AZN-dək krediti 0% komissiya ilə götürmək imkanı;

- sığorta xərci yoxdur; - zamin tələbi yoxdur; - kreditin ödəniş tarixini müştəri özü təyin edir; - 48 ayadək ödəniş müddəti; - cəmi 19 AZN-dən başlayan aylıq ödəniş; - kreditin çox qısa zaman ərzində rəsmiləşdirilməsi imkanı.

Krediti banka gəlmədən:

050 778 8117 whatsapp nömrəsinə yazaraq; "Kredit" sözünü sms ilə 8117-yə göndərməklə; 117 məlumat mərkəzinə zəng edərək; Unibank Mobile tətbiqindən istifadə edərək; www.unibank.az saytından (https://unbk.az/2PgNi30) onlayn sifariş etməklə əldə edə bilərsiniz.

Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. "Unibank"ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 17:00-dək fəaliyyət göstərir.  Həmçinin, bankın paytaxt və bölgələrdə yerləşən bu filiaları şənbə günləri də saat 10:00-dan 14:00-dək müştərilərə xidmət edir:

Abşeron filiallarından: 15 saylı filial (S.Vurğun bağı yaxınlığında); 13 saylı filial ("İnşaatçılar"); "Nərimanov" filialı; "Əcəmi"; "Neftçilər"; 10 saylı filialı ("Əhmədli"); 17 saylı  ("Sahil"); 19 saylı filial ("Bakıxanov"); "Mərdəkan"; "Xırdalan"; "Sumqayıt".