Fransa: “Şərq Tərəfdaşlığı” proqramında iştirak Avropa İttifaqına üzv olmağı təmin etmir


Siyasət 29 Yan 2020 11:17:39 201 0

Fransa: “Şərq Tərəfdaşlığı” proqramında iştirak Avropa İttifaqına üzv olmağı təmin etmir

Fransa “Şərq Tərəfdaşlığı”nın gələcək büdcəsinin yarısının ekoloji investisiyalara yönəldilməsini tələb edir

Fransa Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” proqrama qatılan ölkələrə Aİ üzvlüyü təmin edə biləcəyi ilə bağlı təklifi rədd edib.

“Report” “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bu barədə “Şərq Tərəfdaşlığı” proqramı üzrə məsləhətləşmə prosesi çərçivəsində 2019-cu ilin oktyabrı və 2020-ci ilin yanvarından olan iki müzakirə sənədinin materiallarında deyilir.

Həmçinin Fransa “Şərq Tərəfdaşlığı”nın gələcək büdcəsinin yarısının ekoloji investisiyalara yönəldilməsini tələb edir.

Qeyd olunur ki, Avropa Komissiyası “Şərq Tərəfdaşlığı”nın perspektivlərinə dair sənəd üzərində işləməyə başlayıb, sənədin mart ayında dərc olunacağı planlaşdırılır.

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı Aİ tərəfindən 2009-cu ildə başladılıb. Onun əsas məqsədi altı qonşu ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə regional əməkdaşlığın inkişaf etdirilməsidir.