“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb (FOTO)


Digərləri 29 Yan 2020 11:13:50 169 0

“Bizim həyət” layihəsi çərçivəsində daha bir həyət abadlaşdırılıb (FOTO)

"Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib

Bakı. Yanvarın 28-də IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib. Trend-in məlumatına əsasən, yenilənmış növbəti həyət Yasamal rayonu, Parlament prospekti 2B, 4 və 6A ünvanlarında 600 nəfər sakinin yaşadığı üç ədəd binanı əhatə edir. “Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, şahmat meydançası, velosiped yolu, uşaq meydançası salınıb. Eyni zamanda, ərazidə 2 ədəd söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.