Balakəndə avtomobil təmiri sexi yanıb


Digərləri 29 Yan 2020 09:53:08 192 0

Balakəndə avtomobil təmiri sexi yanıb

Balakən rayonunun Katex kəndində ümumi sahəsi 84 m² olan avtomobil təmiri sexinin damının taxta atmaları və içərisində təmirə dayanan "Volkswagen" markalı minik avtomobilinin yanar hissələri yanıb

Bakı. Balakən rayonunun Katex kəndində ümumi sahəsi 84 m² olan avtomobil təmiri sexinin damının taxta atmaları və içərisində təmirə dayanan "Volkswagen" markalı minik avtomobilinin yanar hissələri yanıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.