Brejnevin rezidensiyası satışa çıxarıldı


Digərləri 29 Yan 2020 05:30:00 147 0

Brejnevin rezidensiyası satışa çıxarıldı

Ukraynanın "PrivatBank"ı Sovet İttifaqı KP MK-nın baş katibi Leonid Brejnevin rezidensiyasının da daxil olduğu inzibati-ictimai kompleksin bir hissəsini hərraca çıxarıb. Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, mülklə bağlı məlumatlar "Setam" onlayn satış sistemində yerləşdirilib.

Hərrac fevralın 4-də keçiriləcək. İlkin qiymət 97,946 milyon qrivnadır.

Kompleks Dneprin (Ukrayna) mərkəzi rayonunda yerləşir. Onun yaxınlığında sahilyanı şəhərlər, supermarketlər, bank filialları və əyləncə müəssisələri var.