Dekabr ayında qəzaya uğrayan "Bek Air" aviaşirkətinə məxsus təyyarənin ikinci pilotu ölüb


Digərləri 29 Yan 2020 05:25:00 138 0

Dekabr ayında qəzaya uğrayan "Bek Air" aviaşirkətinə məxsus təyyarənin ikinci pilotu ölüb

Ötən ilin dekabr ayında Almatı şəhərində qəzaya uğrayan "Bek Air" aviaşirkətinə məxsus təyyarənin ikinci pilotu ölüb

Bakı. Ötən ilin dekabr ayında Almatı şəhərində qəzaya uğrayan "Bek Air" aviaşirkətinə məxsus təyyarənin ikinci pilotu ölüb. Trend-in məlumatına görə, bu barədə "RİA Novosti"yə şəhərin səhiyyə idarəsinin mətbuat xidmətindən bildiriblər. Mətbuat xidmətinin nümayəndəsi bildirib: "Bu gün "Bek Air"in qəzaya uğrayan təyyarəsini ikinci pilotu ölüb. Saat 18.00-da Təcili Tibbi Yardım Xidmətinə pilotun vəziyyətinin pisləşməsi barədə məlumat daxil olub. Təcili yardım vaxtında gəldi, ürək fəaliyyətini bərpa etmək üçün bütün reanimasiya tədbirləri həyata keçirildi, lakin uğursuz oldu". Onun sözlərinə görə, pilot yanvarın 21-i stabil vəziyyətdə evə buraxılıb.