Bakıda kişi aldatma yolu ilə daxil olduğu evin sahibini bıçaqlayıb


Sosial 29 Yan 2020 00:26:37 137 0

Bakıda kişi aldatma yolu ilə daxil olduğu evin sahibini bıçaqlayıb

​Bakıda kişi aldatma yolu ilə daxil olduğu evin sahibini bıçaqlayıb

Bakının mərkəzində evə basqın olub.

“Report” xəbər verir ki, hadisə Nəsimi rayonu, Rəşid Behbudov küçəsindəki evlərdən birində baş verib.

Naməlum şəxs aldatma yolu ilə 29 yaşlı Vüqar Rüstəmovun evinə daxil olaraq ona bıçaqla xəsarət yetirib və 300 dollar pulunu aparıb.

Faktla bağlı polis araşdırma aparır.