Rusiya milli əməliyyat sistemini yaradır? –


Digərləri 28 Yan 2020 23:50:00 151 0

Rusiya milli əməliyyat sistemini yaradır? –

Rusiyanın Daxili İşlər Nazirliyi Windows-u daxili əməliyyat sistemləri ilə əvəzləyəcəklər.

Son.az ted.az-a istinadən bildirir ki, bu haqda Rusiya mətbuatı məlumat yayıb.

Microsoft şirkətinin Windows 7-yə dəstəyini dayandırmasından sonra Rusiya hüquq-mühafizə orqanları ona alternativ olacaq Linux bazası əsasında hazırlanan əməliyyat sistemindən istifadə etməyi palanlaşdırır.

Sözügedən nazirlik Rusiya inteqratorunu almaq üçün 1,4 milyard rubl vəsait xərcləyib. Əldə olunan məlumata görə, hüquq - mühafizə orqanları 31 min Astra Linux lisenziyasını, eləcə də sistem bloku və HP monitorları alıb. Ümumilikdə, proqram təminatı üçün 180 milyon rubl xərclənib.