Günün qoroskopu: Bu gün hər hansı bir sürpriz vəd etmir


Digərləri 29 Yan 2020 00:01:00 136 0

Günün qoroskopu: Bu gün hər hansı bir sürpriz vəd etmir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - Bu gün bəzi çətinlikləriniz olacaq. Onların hamısının öhdəsindən gəlməyiniz vacibdir. Çünki gələcək uğurlarınız onlardan asılıdır. Mübarizəyə köklənin və mövqeyinizi əldən verməyin. Yaxınlarınızın köməyinə ümid edə bilərsiniz. Yeni tərəfdaş və həmfikir axtarmağa isə dəyməz.

Buğa - Emosional fon gərgindir. Bu səbəbdən yaxınlarla münasibət də gərilməkdədir. Bunlar bir çoxlarına xırda problem kimi görünsə də, bəziləri artıq köhnə əlaqələri yeniləmək, gələcək addımlar barədə düşünməyə başlayıblar. Amma hələlik qəti hərəkət etməyə heç kim tələsmir.

Əkizlər - Hər şeyin yaxşılığa doğru dəyişəcəyi ümidinin sizi tərk etməsinə izn verməyin. Optimizm və sakit inam istənilən şəraitdə uğuru sizə doğru maqnit kimi çəkəcək.

Xərçəng - Bu gün eyni zamanda həm hiyləgər, həm də dözümlü olmalısınız. Gün sadə deyil, qarşınıza qoyduğunuz məqsədlər isə çox ciddidir və geri çəkilmək olmaz. Xoşbəxtlikdən, çox güclü bir şəxs köməyinizə gələcək. Yeni tərəfdaşınızın xətrinə dəyməyin, o, sizə hələ lazım olacaq.

Şir - Gün ərzində yaxınlarınızla razılığa gəlməyə çalışacaqsınız, amma yalnız axşama doğru ortaq məxrəcə gələ biləcəksiniz. Fikirləşməyin ki, sizi elə bir sözünüzdən anlayırlar, fikrinizi anlatmaqda tənbəllik etməyin.

Qız - Təhsil almaq, yeni biliklər öyrənmək üçün əla gündür. Bu gün informasiyanı əldə etmək və yadda saxlamaq sizə çox asandır. Alış-veriş edə bilərsiniz, amma ev təmirinə çəkdiyiniz xərc hədər gedəcək. Yaşlı insanlarla ünsiyyət xoş təsir bağışlayacaq. Həmçinin onların təcrübəsi karınıza gələcək.

Tərəzi - Sevdiyiniz şəxslə münasibətləriniz ahəngdardır, savaşdan qorxmadan istənilən məsələni onunla müzakirə edə bilərsiniz. Köhnə tanışlarınızla görüşləriniz sizi sevindirəcək. Enerjiniz çoxdur. Səhhətinizdən şikayətiniz olmayacaq.