ABŞ pediatrlara kimyəvi və bioloji hücumla bağlı yeni tövsiyyələr verib –


Digərləri 28 Yan 2020 23:35:00 150 0

ABŞ pediatrlara kimyəvi və bioloji hücumla bağlı yeni tövsiyyələr verib –

Amerikan Pediatrlar Akademiyası uşaqları kimyəvi və bioloji terrorizmdən qorumaq və onun təsirlərini minimuma endirmək üçün ABŞ pediatrlarına yenilənmiş təlimatları təqdim edib.

Bu təlimatlar federal, regional səviyyədə çatdırılıb.

Son.az medicina.az-a istinadən bildirir ki, məhz indi təlimatların yenilənməsi və pediatrların hədəfə alınması səbəbi açıqlanmasa da, görünür ABŞ yeni bioloji hücum və təsirlərin olacağını təxmin edir. Məlumdur ki, kimyəvi və bioloji silahlarının fəsadları ən çox azyaşlı uşaqları əhatə edir və pediatrlar belə vəziyyətlərdə uşaqları qəbul edəcək ilk mütəxəssislərdir. Bioloji hücum zamanı orqanizmdə baş verən əlamətlər digər infeksion xəstəliklərlə oxşardır və pediatrlar bunu fərqləndirməlidir.

Yeni təlimat Pediatrics dərgisində çap olunub.

Bunlar nədən ibarətdir:

- Qrip və kəskin respirator xəstəliklər mövsümündə olmayan və qəfil başlayan xəstəliklər barədə yerli və federal səhiyyə qurumlarına dərhal məruzə etməli

- Əsas zəhərləyici və bioloji maddələr barədə məlumatlı olmalı - sinir iflicedici, dəri qıcıqlandırıcı və deşici, antraks oyadıcıları və s.

Əl altında həmişə toksikoloji mərkəzlərin nömrələri olmalıdır