Rusiyada bu sosial şəbəkələrə giriş pulsuz olacaq –


Digərləri 28 Yan 2020 23:40:00 209 0

Rusiyada bu sosial şəbəkələrə giriş pulsuz olacaq –

Rusiya hakimiyyəti ölkə əhalisi üçün pulsuz istifadəyə veriləcək internet servislərin siyahısını hazırlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, istifadəçinin balansında pul olmasa (red: internet üçün balans nəzərdə tutulur) belə, sosial şəbəkələrə və bir neçə sayta daxil ola biləcək.

Siyahı dörd kateqoriyaya bölünür:

Dövlət informasiya resursları: bura dövlət qurumlarının portalları, nazirliklərə məxsus saytlar və xəbərlər, hakimiyyətin yerli və regional saytları daxildir; Sosial şəbəkələr: bu kateqoriyaya VKontakte, Odnoklassnik, Moy Mir, V kruqu druzey, Mir tesen, Fotostrana, Dnevnik şəbəkələri aid edilir: Poçt servisləri: siyahısında Yandex. Poçta, mail.ru, km.ru yer alıb; Digər vacib informasiya resursları.

Maraqlıdır ki, "digər informasiya resursları"na Turkcell mobil operatoruna məxsus Vir messencerinin adı daxil edilib, lakin WhatsApp və Teleqram kimi populyar messencerlərin adı yoxdur.