Motorolanın yeni flaqman smartfon modelinin adı məlum oldu


Digərləri 28 Yan 2020 23:15:00 152 0

Motorolanın yeni flaqman smartfon modelinin adı məlum oldu

Keçən ilin sonunda Motorola şirkəti qeyd etmişdi ki, o, 2020-ci ildə flaqman smartfon seqmentinə geri qayıdacaq. İndi isə internetdə şirkətin yeni flaqman smartfon modeli barəsində ilk məlumatlar ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Məşhur insayder Evan Blass-ın verdiyi məlumata əsasən şirkətin yeni flaqman smartfonu Motorola Edge+ adını əldə edəcək.

Smartfon ekranı üzərində ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissə olacaq. Smartfonun özü isə eksklüziv olaraq ABŞ-ın Verizon mobil operatorunda satılacaq. Motorola Edge+ smartfonu Snapdragon 865 prosessoru ilə təchiz olunmalıdır. Sözügedən prosessor 5G şəbəkə dəstəkli modem ilə birlikdə quraşdırılacaq. Bu isə o deməkdir ki, Motorola Edge+ smartfonu da 5G şəbəkələrində çalışa biləcək. Smartfon barəsində digər bir məlumat yoxdur. Onun təqdimatı bu ilin birinci yarısında baş tutmalıdır.