Tramp: “Çoxları yeni Fələstin dövlətinə sərmayə yatırmaq istəyir” - FOTO


Dünya 28 Yan 2020 22:50:45 172 0

Tramp: “Çoxları yeni Fələstin dövlətinə sərmayə yatırmaq istəyir” - FOTO

​Tramp: “Çoxları yeni Fələstin dövlətinə sərmayə yatırmaq istəyir”

ABŞ prezidenti Donald Tramp bildirib ki, "Əsrin sazişi" yeni Fələstin dövləti üçün 50 milyard dollar məbləğində investisiyaları təmin edəcək.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

O, bildirib ki, çox sayda dövlət bu prosesdə iştirak etmək istəyir. “Praktik olaraq hamı istəyir ki, bu olsun", - o deyib.

Qeyd edək ki,ABŞ prezidenti həmçinin özünün "Twitter"dəki səhifəsində"Əsrin sazişi" çərçivəsində təklif edilənİsrail və Fələstinin yeni sərhədlərinin xəritəsini paylaşıb.

"Gələcək Fələstin dövlətiŞərqi Qüdsdə əraziləri ilə belə görünə bilər", - Tramp "Twitter"də yazıb.