Elmar Məmmədyarov ATƏTin Minsk Qrupunun həmsədrləri ilə görüşüb


Siyasət 28 Yan 2020 22:49:00 129 0

Elmar Məmmədyarov ATƏTin Minsk Qrupunun həmsədrləri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yazıb.

L.Abdullayeva bildirib: "Cenevrədə xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) ilə görüşü başlayıb".