Texnologiya sahəsində bu günə qədər doğru kimi bildiyimiz yanlışlar


Digərləri 28 Yan 2020 22:45:00 153 0

Texnologiya sahəsində bu günə qədər doğru kimi bildiyimiz yanlışlar

Əşyaların internetindən tutmuş bulud texnologiyasına, sürücüsüz avtomobillərdən blokçeynə, ağıllı təhlükəsizlik həllərindən tutmuş robotlara qədər texnologiya həyatımızı dəyişməyə davam edir. Gündəlik həyatımızda çox istifadə etsək də, texnoloji vasitələrlə bağlı mövzusunda haqlı olduğu düşünülən səhvlər çoxdur.

Son.az ted.az-a istinadən texnologiya sahəsində doğru bilinən yanlışlar haqda sizə faydalı olacaq yazını təqdim edir.

Yüksək meqapiksel kameranın yaxşı olduğundan xəbər verir.

Meqapikselin kameranın keyfiyyətində həlledici olduğu düşünülərək smartfon alınan zaman buna önəm verilir.

Əslində isə meqapiksel yalnız fotoşəklin ölçüsünü göstərir. Kameranın keyfiyyətini bilmək üçün obyektivin keyfiyyəti, sensor ölçüsü və s. məqamlara diqqət yetirmək lazımdır.

Rəqəm nə qədər yüksəkdirsə, bu daha yaxşı keyfiyyət deməkdir.

Texnologiya ilə əlaqəli xurafatlardan biri də yüksək rəqəmlərin keyfiyyət göstəricisi olduğuna inanmaqdır.

Əslində isə rəqəmlərin arxasında dayanan texnoloji imkanlara baxmaq lazımdır. Məsələn, 4 GB video kartı olan telefon 8 GB video kartı olan telefondan daha çox performans verə bilər. Bu nöqtədə prosessorun böyük əhəmiyyəti var. Yeni nəsil Core i5 prosessoru daha az nüvələrlə daha yüksək performans təmin edə bilir.

Batareyanın ömrünü uzatmaq üçün enerjinin tamamilə bitməsini gözləmək lazımdır.