Səsküylü Libra kriptovalyutasına yeni zərbə


Digərləri 28 Yan 2020 21:45:00 128 0

Səsküylü Libra kriptovalyutasına yeni zərbə

Vodafone şirkəti feysbukun Libra kriptovalyutasına sərmayə yatırmaqdan imtina edib.

Son.az ted.az-a istinadən bildirir ki, Vodafone şirkəti layihəni tərk edən 8-ci investor olub.

Şirkətdən Libra-ya ayıracaq vəsaitin M-Pesa rəqəmsal ödəniş sisteminə yönəldiləcəyi bildirilib.

Layihənin Siyasət və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Dante Dispart isə buna cavab olaraq "bu vəziyyət bizim üçün təhlükəli deyil. Digər investorlarla danışıqlar aparmağı planlaşdırırıq. Siyahımızda 1500-ə yaxın şirkət var", - deyə qeyd edib.