Ofisə yararlı kompüterlər hansı parametrlərə sahib olmalıdır –


Digərləri 28 Yan 2020 21:50:00 134 0

Ofisə yararlı kompüterlər hansı parametrlərə sahib olmalıdır –

Artıq zaman dəyişib, özü də xeyli... Bir vaxtlar kompüteri olana qeyri-adi baxılırdısa, indi kompütersizləri az qalıblar ki, DİNAZAVRLARIN dövründən qalanlara bənzətsinlər. Görəsən bu yanaşma doğrudurmu? Kiminə görə hə, kiminə görə yox - burada həqiqəti, doğru olanı ayırd etmək çətindir. Çox asan bir həqiqət var, o da kompütlərin bizim ən yaxın köməkçimiz olmasıdır. Ofisimizdə, evimizdə, başqa da işləyəcəyimiz, hətta dincələcəyimiz və əylənəcəyimiz yerlərdə də kompüterimiz var. Təbii ki, bu KÖMƏKÇİLƏR görünüşünə, xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Heç düşünmüsünüzmü ideal ofis kompüteri necə olmalıdır?

"Ofis üçün ən ideal kompüterin hansı markaya aid olduğunu demək çətindir, həmçinin düzgün deyil. Çünki bir markanın X manatlıq kompüteri, o biri markanın Y manatlıq kompüteri ilə eyni səviyyədə ola bilər və yaxud da eyni qiymətə iki müxtəlif modelin birinin bir parametri yüksək, digərinin başqa parametri zəif ola bilər. Seçim istifadəçidən aslı olaraq dəyişə bilər".

Son.az ted.az-a istinadən bildirir ki, bu sözləri İKT üzrə ekspert Vilayət Mirzəyev deyib.

Mütəxəssis bildirib ki, əgər ofis dediyimiz məkan hansısa şirkətin işçilərinin həmin şirkətin işlərini yerinə yetirdiyi yer anlamındadırsa, demək ki, ofis kompüterlərləri müxtəlif parametrli olacaq: "Bu, şirkətin fəaliyyət istiqamətindən, daxili strukturlarının yerinə yetirildiyi işlərdən, maddi durumundan aslı olan seçimdir. İlkin olaraq, şirkətin fəaliyyət istiqamətindən aslı olan seçimə baxdıqda onun fəaliyyətində kompüter və təşkilatı texnikanın hansı rol oynamasından aslıdır. Məsələn, multimedia və dizayn işləri ilə məşqul olan bir şirkətin fəaliyyətinə baxaq: Bu şirkətin fəaliyyətində daha yüksək parametrli (xüsusi gücləndirilmiş videokart, yüksək sürətli əməli yaddaş, daha böyük tutumlu xarici yaddaş, yüksək keyfiyyətli görüntülü böyükekranlı monitor və s.) kompüterlər sayca çoxluq təşkil etməlidir. Növbəti misalda fəaliyyət istiqaməti müştərilərə hansısa xidmət göstərən şirkət düşünək: Bu şirkət proqram təminatı olaraq heç də yüksək parametrlər tələb etməyəndir. Belə olan halda yuxarıda qeyd olunan parametrlərə əlavə məsrəflər etməyin heç bir mənası yoxdur".