Türkiyə məhkəməsi Osman Kavalanı həbsdə saxlamaqda davam edir


Dünya 28 Yan 2020 21:28:00 151 0

Türkiyə məhkəməsi Osman Kavalanı həbsdə saxlamaqda davam edir

2013-cü ildəki Türkiyədəki etirazlarda iştirakına görə həbs edilən və məhkəmə işi yenidən bərpa olunan iş adamı və xeyriyyəçi Osman Kavalanın vəkilləri hakimlərə etiraz olaraq çərşənbə axşamı məhkəmə salonunu tərk edib.

Osman Kavala Türkiyənin ozamankı baş naziri, hazırkı prezidenti Rəcəp Tayyib Ərdoğana qarşı etiraz aksiyalarını maliyyələşdirərək, hökuməti devirmək cəhdi ittihamı ilə üzləşib.

O zaman etirazlar İstanbulun Gezi Parkında başlamış və ölkə boyu yayılmışdı.

Kavala və digər müttəhimlərin vəkilləri məhkəmədəki üç hakimdən vəkillər və ya müttəhimlərin iştirakı olmadan əlavə şahidlərin dinlənilməsinə görə geri çəkilmələrini tələb edir.