Türkiyənin qərbində 4.8 bal gücündə zəlzələ olub


Dünya 28 Yan 2020 21:29:00 142 0

Türkiyənin qərbində 4.8 bal gücündə zəlzələ olub

Türkiyə mediasına istinadən bildirilib ki, çərşənbə axşamı ölkənin qərbində baş verən orta güclü zəlzələ binaları silkələyib və insanları küçələrə qaçmağa məcbur edib. Rəsmilər xəsarət və ya böyük zərər barədə məlumat verməyib.

Bügünkü zəlzələ Türkiyənin şərqində binaların yıxılması və 41 nəfərin ölümünə səbəb olan güclü zəlzələdən dörd gün sonra baş verib. Keçən həftənin cümə günü 6,8 bal gücündəki zəlzələdə 1600-dən çox insan zərər çəkib.

Türkiyənin Fövqəladə Hallar Agentliyi (AFAD) çərşənbə axşamı zəlzələnin gecə saat 2:26-da baş verdiyini, Manisa əyalətindəki Kirkagac şəhəri yaxınlığında 4.8 bal gücündə olduğunu bildirib.

İstanbulun Kandilli Seysmologiya Mərkəzinin bildirdiyinə görə, zəlzələ 6.99 kilometr dərinlikdə baş verib.