Rauf Nağyevin seçicilərlə növbəti görüşü keçirilib


Siyasət 28 Yan 2020 21:17:07 160 0

Rauf Nağyevin seçicilərlə növbəti görüşü keçirilib

Rauf Nağyevin seçicilərlə növbəti görüşü keçirilib

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) 15 saylı Yasamal birinci seçki dairəsindən deputatlığa namizədi Nağıyev Rauf Nəriman oğlunun seçicilərlə növbəti görüşü keçirilib.

“Report” xəbər verir ki, görüş Yasamal rayonunun “Qanlı Göl” adlanan ərazisində baş tutub.

Görüş zamanı Rauf Nağıyev həyətlərdə söhbətlər edib, özü və seçki platforması haqqında məlumat verib.

Daha sonra Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Azərbaycan dövlətinin gənclərə olan qayğı və diqqətindən, eləcə də Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlardan danışıb.

O bildirib ki, bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev tərəfindən uğurlu siyasət aparılır və həyata keçirilən islahatlar nəticəsində, dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Deputatlığa namizəd qeyd edib ki, ölkə başçısı İlham Əliyevin reallaşdırdığı uğurlu layihələr, apardığı islahatlar nəticəsində bütün Azərbaycanda olduğu kimi, Yasamal rayonunda da böyük işlər görülüb: “Prezident İlham Əliyev hər zaman bəyan edib ki, bizim siyasətimizin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Atılan bütün addımların, həyata keçirilən siyasətin də məqsədi Azərbaycan vətəndaşlarının yüksək həyat şəraiti ilə təmin olunmasıdır. Təbiidir ki, bu nailiyyətlər ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir və cəmiyyətimiz xalqın mənafeyinə xidmət edən bu siyasi kursu dəstəkləyir”.

R.Nağıyev daha sonra 9 fevralda keçiriləcək Milli Məclisə seçkilərdə seçiciləri fəal olmağa çağırıb.