Vyetnamda turistlərə koronavirusla bağlı xəbərdarlıq edilib


Dünya 28 Yan 2020 20:25:49 141 0

Vyetnamda turistlərə koronavirusla bağlı xəbərdarlıq edilib

Vyetnamın Nha Tranq kurort şəhərinin hotelləri qonşu Çində koronavirusun yayılması barədə xəbərdarlıqlar yayaraq müştərilərini ehtiyatlı olmağa, izdihamlı yerlərdə olarkən təhlükəsizlik qaydalarına əm

Vyetnamın Nha Tranq kurort şəhərinin hotelləri qonşu Çində koronavirusun yayılması barədə xəbərdarlıqlar yayaraq müştərilərini ehtiyatlı olmağa, izdihamlı yerlərdə olarkən təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, iri hotellərdə divarlara asılan belə xəbərdarlıqlar Vyetnam, Çin, Koreya vərus dillərindədir.

Bundan əvvəl Nha Tranqda istirahət etmiş turistlərin ikisində koronavirusun təsdiqləndiyi bildirilmişdi.