"Kəpəz Kuboku 2020" regional incəsənət müsabiqəsi keçirilib (FOTO)


Digərləri 28 Yan 2020 20:19:59 151 0

"Kəpəz Kuboku 2020" regional incəsənət müsabiqəsi keçirilib (FOTO)

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Gəncə Dövlət Dram Teatrında “Kəpəz Kuboku 2020” adlı regional incəsənət müsabiqəsi keçirilib.

Bakı. Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Gəncə Dövlət Dram Teatrında “Kəpəz Kuboku 2020” adlı regional incəsənət müsabiqəsi keçirilib. Trend-in məlumatına görə, müsabiqənin keçirilməsində təşkilatı dəstək Mədəniyyət Nazirliyi və "Jam Group"a məxsusdur.. ARA-nın prezidenti və AGİ-nin idarə heyətinin üzvü Əziz Əzizov bildirib ki, bu müsabiqədə əsas məqsəd gənclərin öz istedadlarından istifadə edə bilməsinə imkan yaratmaqdır: "Bu gün gənc istedadlı kadrlar hazırlamaq, onları yetişdirmək, öz istedad və bacarıqlarından istifadə edə bilməklərinə səbəb olmaq, hər bir gəncin həyatda yaxşı yer tutmasına gətirib çıxara bilər. Bizə bu işdə dəstək olan təşkilatçılara, bacarıqlı gənclər yetişdirən bədii rəhbərlərə və ədalətli seçimlər edən münsiflər heyətinə sonsuz təşəkkürümü bildirirəm.” Yarışmada Gəncə, Şəki, Göygöl, Tovuz, Bakı, Ağcabədi,, Mingəçevir,Sumqayıt, Bərdə rayonlarından olan rəqs kollektivləri iştirak ediblər. Yarışma yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (7-10 yaşa kimi), yeniyetmələr (11-15 yaşa kimi), böyüklər (16 yaş və yuxarı).