Rusiyada deputat və həyat yoldaşı qətlə yetirildi


Dünya 28 Yan 2020 19:54:49 148 0

Rusiyada deputat və həyat yoldaşı qətlə yetirildi

Rusiya Federasiyası Rostov Vilayəti Qanunvericilik Şurasının deputatı, Kaliniçenko adına dənli bitkilər Ümumrusiya Elmi-Tədqiqat İnstitutunun direktoru Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşevanın evində meyiti tapılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, meyitlərin üzərində çoxsaylı kəsik yaraları olub.

İlkin ehtimala görə, deputat və həyat yoldaşı qarət məqsədilə qətlə yetirilib.

Hüquq-mühafizə orqanları araşdırma aparır.