“Sənin yoldaşını mən sevirdim, amma sənə qismət oldu” deyən şəxsi güllələdi


Digərləri 28 Yan 2020 18:26:00 119 0

“Sənin yoldaşını mən sevirdim, amma sənə qismət oldu” deyən şəxsi güllələdi

Hacıqabul rayonunda qohumuna odlu silahdan atəş açaraq öldürmək istəməkdə təqsirli bilinərək məhkum olunan Soltanov İxtiyar Tofiq oğlunun kassasiya şikayətinə baxılıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. 

Qərara əsasən, onun şikayəti təmin edilməyib. 

Qeyd edək ki, hadisə Hacıqabul rayonunun Nəvahi qəsəbəsində baş verib. 2014-ci il mayın 29-u gecə saat 4 radələrində Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisində yerləşən "Nur" kafesində qəsəbə sakini İxtiyar Soltanov münaqişə zəminində ov tüfəngindən atəş açaraq qohumu, Salyan rayon sakini Mikayıl Əzizova xəsarət yetirib.

İ.Soltanov könüllü olaraq Hacıqabul RPŞ-yə gələrək təslim olub və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan "TOZ-12" markalı tüfəngi təhvil verib.