Azərbaycanda pensiyaya çıxmaq üçün vacib olan


Digərləri 28 Yan 2020 17:44:00 144 0

Azərbaycanda pensiyaya çıxmaq üçün vacib olan

İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanda qocalanda pensiya hüququ qazana bilmək üçün ən şanslı və daha az şansa malik coğrafiyaların statistikasını araşdırıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, R.Ağayev Feysbuk-da bildirib ki, ölkədə indiki şərtlərlə qocalanda pensiya şansına sahib olmaq üçün bir çox tələblər var: "Bunlar pensiya yaşına çata bilmək, fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə pensiya kapitalına sahib olmaq və ya 25 il sığorta stajı qazanmaq.

Birinci şərt öz əlinizdə deyil - nə qədər yaşayacağınızı özünüz müəyyən edə bilmirsiniz (hər nə qədər sağlam həyat tərziniz həm də özünüzdən asılı olsa belə).

Amma yerdə qalan 2 şərtin yerinə yetirilməsi üçün təminatlı və rəsmi maaşı olan iş yerinin olması lazımdır. Beynəlxalq təcrübədə adətən əmək qabiliyyətli əhalinin hər 1000 nəfərindən 850-900 nəfəri pensiya hüququnu muzdlu əməklə, ən yaxşı halda 80-100 nəfəri sahibkar (yaxud işəgötürən) statusu ilə qazanır.

Bizdə vəziyyət xeyli fərqlidir. Hazırkı statistikaya görə, ölkə üzrə rəsmi məşğul sayılan hər 1000 nəfərdən 300 nəfərinin muzdlu əmək sahibi kimi yaşa görə pensiyaya çıxmaq imkanı var.