Afət Həsənova seçiciləri ilə görüşlərini davam etdirir (FOTO)


Digərləri 28 Yan 2020 17:40:06 140 0

Afət Həsənova seçiciləri ilə görüşlərini davam etdirir (FOTO)

32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının Milli Məclisə deputatlığa namizədi Afət Həsənova səyyar görüşlərini intensiv şəkildə həyata keçirməkdə davam edir.

Bakı. 32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının Milli Məclisə deputatlığa namizədi Afət Həsənova səyyar görüşlərini intensiv şəkildə həyata keçirməkdə davam edir. Trend-in məlumatına görə, təbliğat-təşviqat kampaniyası çərçivəsində deputatlığa namizəd Afət Həsənova bu gün Əmircan qəsəbəsində seçicilərlə görüşüb. Seçiciləri tərəfindən çox isti və səmimi qarşılanan Afət Həsənova bildirib ki, onun üçün deputatlıq Suraxanı sakinlərinə, xalqına, dövlətinə daha çox xidmət edə bilməkdir. Fəaliyyəti dövründə var gücü ilə Suraxanılıların yanında olmağa, müraciətlərinin müsbət həllinə çalışan xanım namizəd seçicilər tərəfindən ona etimad göstərilsə, bundan sonra da Suraxanı sakinlərini layiqincə Milli Məclisdə təmsil edəcəyini vurğulayıb. Görüşdə o, həmçinin sualları cavablandırıb, sakinlərin təkliflərini dinləyib, onları narahat edən problemlərin həllinə dair müzakirələr aparıb. Suraxanının son illər ərzində çox ciddi problemlərinin böyük hissəsinin həll olunduğunu deyən deputatlığa namizəd Afət Həsənova yaxın gələcəkdə sakinlərdə narahatlıq yaradan bir sıra digər problemlərin də öz həllini tapacağını əminliklə qeyd edib. Seçicilər çıxış edərək bildiriblər ki, Milli Məclisə seçkilərdə deputatlığa namizəd Afət Həsənovaya etimadları tamdır. Çünki o, Suraxanıdakı fəaliyyəti dövründə onların müraciətlərinə, problemlərinə, təkliflərinə daim həssaslıqla yanaşıb həlli istiqamətində əlindən gələn dəstəyi əsirgəməyib. Qeyd edək ki, 32 saylı Suraxanı Üçüncü seçki dairəsindən Yeni Azərbaycan Partiyasının Milli Məclisə deputatlığa namizədi Afət Həsənova problemləri olan seçicilərlə ayrı-ayrılıqda da görüşür, geniş müzakirə aparır və onları narahat edən problemlərin həlli istiqamətində bir sıra konkret tədbirlər görür. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin