"Kəpəz Kuboku 2020" regional incəsənət müsabiqəsi keçirildi FOTO


Digərləri 28 Yan 2020 16:26:00 176 0

"Kəpəz Kuboku 2020" regional incəsənət müsabiqəsi keçirildi  FOTO

Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Gəncə Dövlət Dram Teatrında "Kəpəz Kuboku 2020" adlı regional incəsənət müsabiqəsi keçirildi. Müsabiqənin keçirilməsində təşkilatı dəstək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Jam Group. 

ARA-nın prezidenti və AGİ-nin idarə heyətinin üzvü Əziz Əzizov bildirib ki: "Gənclərə dəstək məqsədilə keçirtdiyimiz bu müsabiqədə əsas məqsəd gənclərimiz öz istedadlarından istifadə edə bilsinlər. Bu gün gənc istedadlı kadrlar hazırlamaq, onları yetişdirmək, öz istedad və bacarıqlarından istifadə edə bilməklərinə səbəb olmaq, hər bir gəncin həyatda yaxşı yer tutmasına gətirib çıxara bilər. Bizə bu işdə dəstək olan təşkilatçılara, bacarıqlı gənclər yetişdirən bədii rəhbərlərə və ədalətli seçimlər edən münsiflər heyətinə sonsuz təşəkkürümü bildirirəm".

Yarışmada Gəncə, Şəki, Göygöl, Tovuz, Bakı, Ağcabədi,, Mingəçevir,Sumqayıt, Bərdə rayonlarından olan rəqs kollektivləri iştirak etmişlər. 

Yarışma yaş kateqoriyasına görə keçirilir: kiçik yaş qrupu (6 yaşa kimi), uşaq (7-10 yaşa kimi), yeniyetmələr (11-15 yaşa kimi), böyüklər (16 yaş və yuxarı).  Aşağıda 1-ci Yer və Laureat adlarının sahiblərinin siyahısı verilmişdir: