Türkiyədə daha bir güclü zəlzələ


Dünya 28 Yan 2020 16:15:00 145 0

Türkiyədə daha bir güclü zəlzələ

Bu gün Türkiyənin Manisa vilayətində 5.1 gücündə zəlzələ olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Kandilli Rəsədxanası məlumat yayıb. Bildirilir ki, yerli vaxtla 14:26-da qeydə alınan zəlzələ ətraf ərazilərdə - İzmir, Çanakkala, Aydın, Balıkesir, İstanbul şəhərlərində də hiss edilib.

Əhalinin təşvişə düşdüyü deyilir.

Dünən də Ankaranın Akyurd bölgəsində yerli vaxtla saat 13:51-də 3,9 bal gücündə zəlzələ olmuşdu.