Yelo Bank ötən ili mənfəətlə başa vurub


Digərləri 28 Yan 2020 16:05:47 148 0

Yelo Bank ötən ili mənfəətlə başa vurub

2019-cu ili rebrendinq prosesində olan Yelo Bank (keçmiş Nikoil Bank) üçün olduqca uğurlu hesab etmək olar.

Bakı. 2019-cu ili rebrendinq prosesində olan Yelo Bank (keçmiş Nikoil Bank) üçün olduqca uğurlu hesab etmək olar. Yelo Bankdan Trend-ə verilən məlumata görə, ilin sonuna bankın aktivləri 16.23% artaraq 484.727 milyon manata çatıb. Hesabat dövründə bankın kredit portfeli 304.348 milyon manata çatıb ki, bu da 7.6%-lik artımdan xəbər verir. Təkcə 2019-cu il ərzində bank kreditləşməni 80.3% artırıb. Müştərilərin banka inamı artmaqda davam edir. Bunun sübutu kimi depozit portfelinin 37.4% böyüyərək 314.246 milyon manata çatmasını göstərmək olar. Depozit portfelində fiziki şəxslərin əmanətlərinin payı 275 milyon manatdan çoxdur. Yelo Bank 2019-cu ili 68.7 min manat məbləğində xalis mənfəətlə başa vurub. Bankın məcmu kapitalı 1.6% artaraq 68.9 milyon manata çatıb. Bankın əməkdaşlarının sayı 400 nəfərdən çox artaraq 900-ü ötüb.