28 yaşlı İqtisadçılar İttifaqı, 21 yaşlı - “İQTİSADİYYAT”


Digərləri 28 Yan 2020 15:38:31 159 0

28 yaşlı İqtisadçılar İttifaqı, 21 yaşlı - “İQTİSADİYYAT”

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədridir.

Bakı. 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının (Aİİ) sədridir. Trend-in məlumatına görə, 1992-ci ildən etibarən Akademik Ziyad Səmədzadənin rəhbərlik etdiyi Aİİ bu illər ərzində ölkəmizdə iqtisadi təfəkkürün formalaşmasında, Azərbaycan iqtisad elminin beynəlxalq miqyasda tanıdılmasında mühüm rol oynayıb. Dünyanın 43 ölkəsində öz nümayəndəliyini yaradan Aİİ San-Fransisko, Barselona, Avstraliya, Paris və başqa yerlərdə keçirilən beynəlxalq əhəmiyyətli konfrans və müşavirələrdə ölkəmizi təmsil edib. Son illərdə Aİİ Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Auditorlar Palatası və bir sıra digər qurumlarla genişmiqyaslı konfrans və tədbirlər keçirib. Ziyad Səmədzadə Azərbaycan mətbuatında ilk iqtisadi qəzetin-“İqtisadiyyat” qəzetinin təsisçisidir.