Su sayğaclarını oğurlayanlar yaxalandılar


Digərləri 28 Yan 2020 15:14:00 147 0

Su sayğaclarını oğurlayanlar yaxalandılar

Onların 3 kanalizasiya quyularının qapaqlarını oğurlamaları da müəyyən edilib

Bakı. Qaradağ rayonunda 3 həyətyanı sahədə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti tərəfindən verilmiş məlumatda deyilir. Belə ki, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 10-dan 13-dək olan müddətdə rayon ərazisindəki 3 həyətyanı sahədə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakinləri T.Rəhimli və E.Hüseynov saxlanılıblar.