AMEA əməkdaşları pulsuz müayinə olunacaq


Sosial 28 Yan 2020 15:01:14 126 0

AMEA əməkdaşları pulsuz müayinə olunacaq

AMEA əməkdaşlarının pulsuz tibbi müayinəsi həyata keçiriləcək.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının pulsuz tibbi müayinəsi həyata keçiriləcək.

Akademiyadan "Report"a verilən məlumata görə, müayinə yanvarın 29-u saat 9:00-dan 16:00-dək akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin "Səyyar Klinika"sı tərəfindən həyata keçiriləcək.

Humanitar aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaqdır.