Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub


Siyasət 28 Yan 2020 15:01:16 203 0

Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Neftqazavtomat Elmi İstehsalat Müəssisəsi” MMC-nin direktoru dəyişib

Müdafiə Sənayesi Nazirliyinə məxsus “Neftqazavtomat Elmi İstehsalat Müəssisəsi” MMC-nin direktoru Malik Məmmədov vəzifəsindən azad edilib.

“Report” xəbər verir ki, onu Rasim Gözəlov əvəz edib.

Yeni direktor bundan əvvəl Nazirliyin tabeliyindəki “Avia-Aqreqat Zavodu” MMC-nin direktor müavini olub.