Beynəlxalq Muğam Mərkəzində nasir, publisist Xeyrəddin Qocanın 70 illiyi qeyd ediləcək


Digərləri 28 Yan 2020 14:51:24 169 0

Beynəlxalq Muğam Mərkəzində nasir, publisist  Xeyrəddin Qocanın 70 illiyi  qeyd ediləcək

Xeyrəddin Qocanın 70 illiyinə həsr edilmiş musiqili-bədii gecə keçiriləcək

Bakı. Yanvarın 29-da saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində nasir, publisist, Prezident təqaüdçüsü Xeyrəddin Qocanın 70 illiyinə həsr edilmiş musiqili-bədii gecə keçiriləcək. Trend-in məlumatına əsasən, yubilyarın yaradıcılığına həsr olunan gecədə yazıçı-satirikin ərsəyə gətirdiyi tamaşalardan qısa səhnələr nümayiş olunacaq, bir-birindən maraqlı dadlı-duzlu söhbətlər və rəngarəng musiqi parçaları təqdim ediləcək. Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü X.Qoca 1995-ci ildə 1-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1997-ci ilin dekabrından 2003-cü ilin mart ayına qədər Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsində işləyib. Yazıçı 2017-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.