Bakıda uşaq 8 ədəd maqnit udub


Sosial 28 Yan 2020 14:17:47 126 0

Bakıda uşaq 8 ədəd maqnit udub

Bakıda daha bir uşaq maqnit udub

Bakıda daha bir uşaq maqnit udub.

"Report" xəbər verir ki, 5 yaşlı uşaq ehtiyatsızlıqdan 8 ədəd maqnit udub. Uşağın valideynləri həkimə müraciət ediblər.

Məlum olub ki, maqnitlər uşağın nazik bağırsağını deşib. Həkimlər əvvəlcə qapalı əməliyyat edərək maqnitlərin 4-nü, daha sonra açıq əməliyyat həyata keçirilərək digər 4maqniti bağırsaqdan çıxarıb. Maqnitlərin yaratdığı fəsadlar aradan qaldırılıb.

Hazırda uşağın vəziyyəti yaxşıdır və müalicəsini evdə davam etdirir.

Qeyd edək ki, bir neçə gün bundan qabaq2 yaşlı uşaq 5 ədəd maqnit udmuşdu.