Günel Zaur barəsində: "Şəxsi məsələləri “şitlik” dərəcəsinə gətirib çıxarır”


Şou-biznes 28 Yan 2020 14:06:00 153 0

Günel Zaur barəsində: "Şəxsi məsələləri “şitlik” dərəcəsinə gətirib çıxarır”

Elə aparıcılar var ki, üç sözü birləşdirib cümlə qura bilmir.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri "Pişik" ləqəbi ilə şou-biznesdə tanınan müğənni Günel Ələkbərova "Space" TV-də yayımlanan "Onda başladıq" səhər şousunda deyib.

O, "Xəzər" TV-də yayımlanan "5-də-5" axşam şousunun aparıcısı Zaur Kamalı tənqid atəşinə tutub:

"Mən heç kimdən çəkinmirəm. Ad da açıqlaya bilərəm. Elə biri Zaur Kamal. Zaur müğənnini çağırır, canlı efirdə onu alçaldır. Sən aparıcısan. İnsan özünü, ilk növbədə, doğru, düzgün aparmalıdır. Sən veriliş aparırsan. Öncə gərək özünü düzgün aparasan, sonra da proqram aparasan. Çünki veriliş aparmaq bir məsuliyyətdir.

Görəndə ki, sənə qarşı hörmətsizlik edir, cavabını verirsən. İkinci dəfə bunu görəndə, artıq üçüncü dəfə bu verilişə getməli deyilsən. Bir çox müğənnilər efir xatirinə pul ödəyir, onun verilişinə gedir. Şəxsi məsələləri "şitlik" dərəcəsinə gətirib çıxarırlar.