Bakı polisi Fatimə Mövlamlının saxlanılması xəbərinə münasibət bildirdi


Digərləri 28 Yan 2020 13:53:00 167 0

Bakı polisi Fatimə Mövlamlının saxlanılması xəbərinə münasibət bildirdi

Blogger Fatimə Mövlamlının polis tərəfindən saxlanılaraq, ona təzyiq göstərilməsi ilə bağlı sosial şəbəkələrdə yaydığı məlumatlar tamamilə əsassızdır.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Bakı Şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"O, polis orqanları tərəfindən saxlanılmayıb, deyilənlər həqiqəti əks etdirmir. Bu kimi yalnış informasiyaların məqsədli şəkildə dövriyyəyə buraxılması təəssüf doğurur, böhtan xarakteri daşıyır".