Ana 8 aylıq qızını 5 min dollar satarkən tutuldu


Dünya 28 Yan 2020 13:57:00 127 0

Ana 8 aylıq qızını 5 min dollar satarkən tutuldu

Hüquq-mühafizə orqanları bir qadını səkkiz aylıq uşağını 5 min dollara satmaq istəyərkən saxlayıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə Özbəkistanın Əndican şəhərində baş verib.

Məlumata görə, 21 yaşlı Özbəkistan vətəndaşı qızının doğum şəhadətnaməsini 5000 ABŞ dollarına satarkən və potensial alıcıya təhvil verərkən tutulub.

Saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi açılıb.