Ülvi Mehdiyev: "Bu il bəzi ölkələrdə "ASAN xidmət" mərkəzləri açılacaq"


Sosial 28 Yan 2020 13:10:13 138 0

Ülvi Mehdiyev: "Bu il bəzi ölkələrdə "ASAN xidmət" mərkəzləri açılacaq"

"Bizim əsas fəaliyyət hədəflərimizdən biri Beynəlxalq arenada ASAN xidmətin təbliğatını aparmaq və daha çox ölkəyə ixrac etməkdir".

© Report

"Bizim əsas fəaliyyət hədəflərimizdən biri beynəlxalq arenada "ASAN xidmət"in təbliğatını aparmaq və daha çox ölkəyə ixrac etməkdir".

"Report" xəbər verir ki, bunuAzərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Onunsözlərinə görə, bu istiqamətdə 13 ölkə ilə ciddi işlər görülür: "Bu il ərzində bəzi ölkələrdə "ASAN xidmət" mərkəzlərinin açılışı olacaq. Bu istiqamətdə işlərimiz davam edir".

Ü.Mehdiyev deyib ki, ASAN Beynəlxalq Assosiasiyasının formalaşdırılması prosesi gedir: "Ötən ilin dekabrında 8 ölkə ilə birgə nizamnamə layihəsi razılaşdırılıb və hazırda həmin dövlətlər sənədiöz ölkələrində ratifikasiya etməlidir. Bundan sonra biz yenə bir araya gələrək Assosiasiyasının fəaliyyətə başlamasını bəyan edə bilərik. Bu, qısa bir proses deyil, amma ilin birinci yarısında yekunlaşmalıdır".

Qeyd edək ki, Assosiasiya layihəsini imzalayan dövlətlər Azərbaycan, Mərakeş, Monteneqro, Malayziya, İndoneziya, Əfqanıstan, Türkiyə, Uqanda və Birləşmiş Ərəb Əmirlikləridir.